IMG-LOGO

Məhkəmə sabiq prezidenti 12 il ev dustaqlığına məhkum etdi

02.08.2025 01:56 13 baxış
IMG

Kolumbiya məhkəməsi 2002-2010-cu illərdə bu vəzifədə olmuş Kolumbiyanın sabiq prezidenti Alvaro Uribeni fırıldaqçılıq və şahid ifadələrinə müdaxilə maddələri ilə 12 il ev dustaqlığına məhkum edib.

Lent.az xəbər verir ki, bu barədə avqustun 1-də keçirilən məhkəmə iclası zamanı qərar qəbul olunub.

“Kolumbiyanın sabiq prezidenti Alvaro Uribe (2002-2010) cinayət prosesində prosessual fırıldaqçılıq və rüşvətxorluqla bağlı cinayətlərə görə 12 il ev dustaqlığına məhkum edilib”, – qərarda deyilir.

Qeyd olunur ki, Uribe də 822 min dollar cərimə olunub və 8 ildən artıq dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.

Məlumata görə, məhkəmə prosesi 13 il davam edib. Uribe cinayət işi üzrə mühakimə olunan ilk Kolumbiyalı lider oldu.

Xəbər lenti