IMG-LOGO

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20.08.2025 04:46 4 baxış
IMG

Türkiyədə avtomobillərin yolda hərəkəti ilə bağlı mühüm dəyişikliklər edilib.

Lent.az xəbər verir ki, dəyişiklikliyə əsasən qaydalarda göstərilən avtomobillər GPS, daxili və xarici kameralar, videoregistrator  qəza düyməsi ilə təchiz olunmalıdır.

Yeni reqlamentə əsasən, icra qrafiki aşağıdakı kimidir:

2025-2023 model avtomobillərin 2026-cı il yanvarın 1-dən sonra ilk texniki baxışda bu tələbə cavab verməsi tələb olunacaq. 1 yanvar 2027-ci il tarixindən sonra ilk baxışda 2022-2018 model avtomobillər bu tələbə cavab verməlidir. 2017 və daha köhnə model avtomobillər 1 yanvar 2028-ci il tarixindən sonra ilk texniki baxışda bu tələblərə cavab verməlidir.

Xəbər lenti