ABŞ-ın Nyu-York ştatında turistləri daşıyan avtobus aşıb. Lent.az xəbər verirk i, bu barədə CNN telekanalı məlumat yayıb. Hadisə nəticəsində bir neçə nəfərin, o cümlədən azı bir uşağın həlak olduğu bildirilir.
Məlumata görə, turistlər Niaqara şəlaləsinə səfərdən sonra Nyu-Yorka qayıdırmış. 50 sərnişini olan avtobus yüksək sürətlə hərəkət edərkən sürücü naməlum səbəblərdən idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq aşıb.
Hazırda ölən və yaralananların dəqiq sayı açıqlanmır.