IMG-LOGO

Şəmkir sakini Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

23.08.2025 00:42 6 baxış
IMG

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Şəmkir sakini həlak olub.

Lent.az xəbər verir ki, Şəmkir şəhərində anadan olmuş, Rusiya vətəndaşı 1989-cu il təvəllüdlü Rasim Kazımov may ayında  gedən döyüşlər zamanı həlak olub.

O, bu ilin fevral ayında Rusiya ilə Ukrayna arasında gedən döyüşlərə qatılıb. Mərhumun yaxınları APA-ya bildirilib ki, Rasim Kazımovun həlak olması ilə bağlı onlara 1 gün əvvəl məlumat verilib.

Rasim Kazımovun meyitinin yaxın günlərdə Şəmkirə gətirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya-Ukrayna döyüşlərində həlak olan Rasim Kazımov subay olub. (APA)

Xəbər lenti