IMG-LOGO

Bloqer Arsen Markaryan Rusiyada həbs edildi

26.08.2025 02:25 6 baxış
IMG

Moskvanın Taqanski Rayon Məhkəməsi bloqer Arsen Markaryanı Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə ittiham edərək həbs edib.

Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, Moskva İstintaq Komitəsinin müstəntiqlərinin tələbi əsasında Arsen Markaryan barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda sübutların toplanması və möhkəmləndirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, avqustun 23-də müstəntiqlər Markaryanı Moskva vilayətində saxlayıblar.

Xəbər lenti