ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Venesuelaya qarşı güc tətbiq etmə ehtimalı ilə bağlı suala cəmi iki sözlə cavab verib.
Lent.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən mətbuat konfransı zamanı danışıb.
Jurnalistlərdən birinin məsələ ilə bağlı sualına Tramp “Bunu öyrənəcəksiniz” – deyə cavab verib.
Qeyd edək ki, bundan əvvəl Ağ Ev prezidentin Venesueladan narkotik qaçaqmalçılığı ilə mübarizə üçün ABŞ-ın bütün hərbi gücündən istifadə etməyə hazır olduğunu açıqlamışdı.