IMG-LOGO

“Google”dan bir yenilik daha - Süni intellektlə işləyən ağıllı eynəklərini təqdim edəcək

09 Dec 2025 22:13 50 baxış
IMG
“Google”dan bir yenilik daha - Süni intellektlə işləyən ağıllı eynəklərini təqdim edəcək 0 0

Texnologiya nəhəngi “Google”, yeni süni intellekt yönümlü strategiyasının bir hissəsi olaraq ağıllı eynək bazarına iddialı bir dönüş etməyə hazırlaşır.

Lent.az xəbər verir ki, şirkət 2026-cı ildə yeni nəsil eynəklərini istifadəçilərə təqdim edəcək.

“Google” Samsung, “Gentle Monster” və “Warby Parker” kimi sənaye liderləri ilə aparat dizaynı üzərində əməkdaşlıq etdiyini açıqlayıb.

Şirkət iki fərqli məhsul təqdim etməyi planlaşdırır: Gemini köməkçisi olan yalnız səsli model və linza içi ekranlı daha inkişaf etmiş versiya.

Naviqasiya və tərcümə kimi xüsusiyyətlər təklif edəcək bu cihazlar, qulaqlıqlar və qarışıq reallıq cihazları üçün hazırlanmış “Google”un Android XR əməliyyat sistemi ilə işləyəcək.

Google eynək

Xəbər lenti