IMG-LOGO

Kütləvi zəhərlənmə - Dönər yeyən məktəblilər xəstəxanaya yerləşdirildi

10 Dec 2025 01:18 41 baxış
IMG
Kütləvi zəhərlənmə - Dönər yeyən məktəblilər xəstəxanaya yerləşdirildi 0 0

Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Gəncə şəhəri, M. Ş. Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri yedikləri dönərdən zəhərləniblər.

7 nəfər şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

zəhərlənmə dönər

Mənbə: lent.az

Xəbər lenti