IMG-LOGO

Almaniya millisinin hücumçusu "Milan"la anlaşıb

22 Dec 2025 12:37 44 baxış
IMG

İngiltərənin "Vest Hem" klubunun və Almaniya millisinin hücumçusu Niklas Fyullkruq "Milan"la (İtaliya) anlaşıb.

"Report"un "Sky in Germany"yə istinadən məlumatına görə, tərəflər razılığa gəliblər, danışıqlar son mərhələdədir.

Hücumçu İtaliya klubuna yarım illik icarə əsasında keçəcək. "Milan" oyunçunu sonradan birdəfəlik almaq hüququnu da özündə saxlayacaq.

A Seriyası təmsilçisi icarə müddətində N.Fyullkruqun tam maaşını ödəyəcək, lakin icarə haqqı verməyəcək.

Xəbər lenti