IMG-LOGO

Gəncədə oğurluq edən kişi tutuldu: başını divara çırpdı

23 Dec 2025 18:58 64 baxış
IMG
0 1

Gəncədə 31 yaşlı kişi başından xəsarət alıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, O.Kulaib başının çapılmış yarası və travması ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilib.

Məlumata görə, O.Kulaib sözü gedən ərazidə yerləşən mağazaların birinə oğurluğa girib. Bu zaman 31 yaşlı kişi tutulduğunu görərək başını divara çırpıb.

Fakt araşdırılır.

Gəncə oğurluq hadisə

Mənbə: lent.az

Xəbər lenti