ABŞ və İngiltərə Yəmənin Səna şəhərinin şimalına yeni hava zərbəsi endirib.
Lent.az xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, ABŞ və Böyük Britaniya Səna şəhərinin şimalına təkrar hava zərbəsi endirib.
Pentaqonun sözçüsü bildirib ki, yanvarın 12-də ABŞ və müttəfiqləri 150-dən çox hərbi sursatdan istifadə etməklə Yəməndə 28 məntəqəyə zərbələr endirib.