IMG-LOGO

Ukrayna Rusiya ərazisinə zərbə endirib, Voronejdə fövqəladə vəziyyət elan edilib - YENİLƏNİB

16.01.2024 10:05 100 baxış
IMG

Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra Rusiyanın Voronej vilayətində fövqəladə vəziyyət elan edilib.

“Report” xəbər verir ki, bunu vilayətin mərkəzi Voronej şəhərinin meri Vadim Kstenin teleqramda yazıb.

O bildirib ki, dəymiş ziyanın hesablanması üçün komissiya yaradılıb.

Hava hücumuna məruz qalan evlərin sakinləri təxliyə edilib.

09:41

Ukrayna Rusiyanın 2 vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus 5 PUA Voronej, 4 PUA isə Belqorod vilayəti üzərində vurulub.

İtkilər və dağıntılar barədə məlumat yoxdur.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti