IMG-LOGO

Azərbaycanda ən yaşlı və ən gənc vəkil qadındır

17.01.2024 10:18 103 baxış
IMG

Hazırda Azərbaycanda 2 431 vəkil fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2023-cü il üzrə hesabatında qeyd edilib.

Bildirilib ki, onlardan 1995 nəfəri kişi, 436 nəfəri qadındır. Həmin şəxslərdən 1 976 nəfəri Bakıda, 455 nəfəri isə regionlarda fəaliyyət göstərir.

Həmçinin qeyd edilib ki, 87 yaşlı vəkil Səttarova Türrə Əhəd qızı Azərbaycanda ən yaşlı vəkildir. Ən gənc vəkil isə 24 yaşlı Məmmədova Nuranə Asif qızıdır.

Eyni zamanda ötən 6 ildə ölkəmizdə vəkil bürolarının sayı da təxminən 4 dəfə artaraq 135-ə çatıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti