IMG-LOGO

Ermənistan prezidenti MAQATE rəhbəri ilə atom enerjisinin inkişafı məsələlərini müzakirə edib

17.01.2024 15:15 101 baxış
IMG

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi ilə atom enerjisinin inkişafını müzakirə edib.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, görüş Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutub: “Tərəflər Ermənistanda atom sahəsinin “yaşıl” enerji kimi inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar”.

Qeyd edək ki, daha əvvəl Ermənistan KİV-i 8-10 il ərzində yeni Atom Elektrik Stansiyasının tikilməsinin planlaşdırıldığı barədə məlumat yayıb. Bu məqsədlə müxtəlif variantlar nəzərdən keçirilir və Rusiya, ABŞ və Cənubi Koreyadan olan xarici tərəfdaşların təcrübəsi öyrənilir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti