IMG-LOGO

Türkiyədə sərnişin təyyarəsini ildırım vurub, uçuş təxirə salınıb

29.01.2024 13:12 101 baxış
IMG

"Türk Hava Yolları"na məxsus sərnişin təyyarəsini ildırım vurub.

“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, hadisə nəticəsində təyyarə yeni qalxdığı İstanbul hava limanına təcili eniş edib.

Təyyarə İstanbul-Antalya reysi üzrə uçuş edəcəkmiş.

Hazırda hava gəmisi texnik və mühəndislər tərəfindən yoxlanılır.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti