IMG-LOGO

Vüqar Hümbətov: Attestasiya prosesində müəllimlərin ixtisasına aid olmayan sual yoxdur

05 Feb 2026 11:37 77 baxış
IMG

Attestasiya prosesində müəllimlərin ixtisasına və tədris etdiyi fənnə aid olmayan sual və materiallar yoxdur.

"Report" xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Vüqar Hümbətov jurnalistlərə açıqlamaslnda deyib.

Onun sözlərinə görə, attestasiya proqramı bir ildən çoxdur müəllimlərə təqdim olunub:

"Əlavə olaraq, bu müddət ərzində həm onlayn, həm də regionlarda ekspertlərin iştirakı ilə görüşlər təşkil olunub".

Vüqar Hümbətov bildirib ki, ekspertlər tərəfindən 3 lehinə, 2 əleyhinə səslə attestasiya prosesindən keçməyən müəllimlər əlavə təlimlərə cəlb olunub:

"Ötən il 233 nəfər təlimə cəlb edilib, onlardan 118 nəfəri imtahanda iştirak edib, 20 nəfər uğurlu nəticə göstərərək işinə bərpa edilib. Bu il də eyni qaydada proses davam etdiriləcək".

Mənbə: report.az

Xəbər lenti