IMG-LOGO

Coratda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb

05 Feb 2026 17:24 26 baxış
IMG

Sumqayıt şəhəri, Corat qəsəbəsində 36 yaşlı kişi dəm qazından boğulub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Vahabov Əbülfəz Bayraməli oğlu yaşadığı fərdi evdə dəm qazından boğularaq ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti