IMG-LOGO

BRİKS XİN başçılarının görüşü Rusiyada keçiriləcək

30.01.2024 12:17 100 baxış
IMG

BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) xarici işlər nazirlərinin görüşü iyunda Nijni Novqorodda keçiriləcək.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, Rusiyanın 2024-cü ildə BRİKS-ə sədrliyi çərçivəsində Rusiyanın onlarla şəhərində 200-dən çox tədbir planlaşdırılır. Əsas hadisə 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək BRİKS-in 16-cı sammitidir.

Bizim WhatsApp kanalımıza abunə olun

Xəbər lenti