IMG-LOGO

Azərbaycan səfiri Macarıstanın dövlət katibi ilə enerji əməkdaşlığını müzakirə edib

31.01.2024 16:05 103 baxış
IMG

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə bu ölkənin Energetika Nazirliyinin enerji və iqlim məsələləri üzrə dövlət katibi Attila Ştayner ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə səfir "X" hesabında yazıb.

"Avropa İttifaqı Şurasında yaxınlaşan Macarıstan sədrliyi və Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda bərpa olunan enerji mənbələri daxil olmaqla enerji əməkdaşlığı, eləcə də inkişaf edən Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin digər sahələrini müzakirə etmək üçün dövlət katibi Attila Ştaynerlə görüşmək çox xoş oldu",- diplomat bildirib.

It was a pleasure to meet State Secretary @attila_steiner to discuss energy cooperation, including renewables, as well as other areas of booming bilateral ties in the light of upcoming Presidency at EU Council, and hosting #COP29. Köszönöm szépen, államtitkár úr! pic.twitter.com/S6yKa3t3v5

— Tahir Taghi-Zadeh (@TaghizadehTahir) January 31, 2024 Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti