IMG-LOGO

Gürcüstan XİN başçısı Budapeşt Qlobal Dialoqunda iştirak edəcək

09 Feb 2026 12:52 24 baxış
IMG

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Macarıstana rəsmi səfər edəcək.

"Report" Gürcüstan XİN-ə istinadən xəbər verir ki, səfər iki gün davam edəcək.

Nazir Budapeşt Qlobal Dialoqunda iştirak edəcək.

Səfər çərçivəsində M.Boçorişvili Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşəcək. Danışıqların yekunu üzrə tərəflər mətbuata bəyanatlarla çıxış edəcəklər.

Bundan başqa, Macarıstan Milli Assambleyasının spikeri Laslo Köverlə də görüşün keçirilməsi planlaşdırılıb.

Xəbər lenti