IMG-LOGO

Ədliyyə Nazirliyi 3 min hektardan çox torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktının ləğvini istəyib

09 Feb 2026 13:58 22 baxış
IMG

Ədliyyə Nazirliyi keçən il 3 142 ha torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğvi üçün bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verib.

"Report" xəbər verir ki, bu, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində əks olunub.

Milli Məclisin Regional məsələlər komitəsində müzakirə olunan məruzədə qeyd olunub ki, nəticədə 3 121 ha torpaq sahəsinin icarəyə, 21 ha torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.

Sənədə əsasən, ötən il 2 057 ha örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.

Hesabatda o da qeyd edilib ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi zamanı aşkar edilmiş qanun pozuntularının və nöqsanların aradan qaldırılması, eləcə də təkrar törədilməsinin qarşısının alınması məqsədilə ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 6 074 tövsiyə göndərilib.

Xəbər lenti