IMG-LOGO

Maliyyə Nazirliyi ötən il 466 məhkəmə işinə cavabdeh qismində cəlb olunub

09 Feb 2026 15:29 28 baxış
IMG

2025-ci ildə Maliyyə Nazirliyi 466 məhkəmə işinə cavabdeh qismində cəlb olunub.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, bu işlərdən 259-u başa çatıb. Nəticədə 63 milyon manat qənaət edilib.

Hesabat dövründə həmçinin nazirlik 27 cinayət işinə zərərcəkmiş şəxs qismində cəlb olunub ki, son nəticədə bunun hesabına 3,4 milyon manatın bərpa olunması nəzərdə tutulur. Bu məhkəmə işlərindən 10-u artıq başa çatıb və 1,2 milyon manat ötən il bərpa edilib.

Xəbər lenti