IMG-LOGO

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin olunub

09 Feb 2026 15:26 27 baxış
IMG

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində rəis müavini vəzifəsinə təyinat olub.

"Report"un əldə etdiyi məlumata görə, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu posta Ayaz Müseyibov təyin edilib.

Dövlət Xidmətindən "Report"a faktı təsdiqləyiblər.

A.Müseyibov bundan öncə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.

Xəbər lenti