Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Moldovada təlim-məşq toplanışı keçəcək.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda toplanış çərçivəsində Moldova yığması ilə iki yoxlama matçında gücünü sınayacaq.
Bu gün startı verilən toplanış fevralın 22-dək Bakıda, 23-dən 28-dək isə Moldovanın paytaxtı Kişineuda baş tutacaq.
U-19 Kişineudakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılşacaq. Hər iki görüşün Bakı vaxtı ilə saat 15:00-da başlanması planlaşdırılır.
N. Ad / Soyad Klub 1 Məhdi Həsənov Neftçi 2 Rauf Əyyubov Sabah 3 Həzrət Səmədov Sabah 4 Murad Qurbanov Zirə 5 Məhəmmədəli Məmmədov Turan Tovuz 6 Tuncay Əhmədov Sabah 7 Tunar Muradov Turan Tovuz 8 Fərid Abdinov Stroqino (Rusiya) 9 Nadir Nəsibli MOİK 10 İlkin Həzizadə Sumqayıt 11 Əli Qazibəyov Qarabağ 12 Abdulaziz Cabbarlı Qarabağ 13 İbrahim Babayev Barselona 14 Nurlan Zeynallı Sumqayıt 15 Vusal Kərimov Neftçi 16 Əhliman Suleymanzadə Zirə 17 Sabutay Haci Alboraya (İspaniya) 18 İslam Həsənov Qrafiçar (Serbiya) 19 Əli İbrahim Qarabağ 20 Nicat Nərimanov Brommapoykarna (İsveç) 21 Əhməd Vəliyev Qarabağ