IMG-LOGO

Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

26 Feb 2026 09:56 21 baxış
IMG

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xocalı faciəsi ilə bağlı paylaşım edib.

"Report" xəbər verir ki, səfir bu barədə "X" sosial media hesabında yazıb.

"26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən və insanlıq tarixinə qara ləkə kimi düşən Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə anırıq. Xocalıda qətlə yetirilən 613 günahsız insanı rəhmətlə yad edirik", - paylaşımda vurğulanıb.

Xəbər lenti