Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) İran ətrafında davam edən gərginliklə əlaqədar öz vətəndaşlarına bu ölkəyə səfər etməkdən müvəqqəti çəkinməyi tövsiyə edib.
"Report" xəbər verir ki, qurum bununla bağlı bəyanatı sosial şəbəkələrdə yayıb.
Məlumatda qeyd olunub ki, vəziyyət sabitləşənə qədər qazaxıstanlılar İrana səfər etməkdən çəkinməlidirlər.
İran ərazisində olan vətəndaşlara imkan daxilində ölkəni tərk etmək, yüksək təhlükəsizlik tədbirlərinə riayət etmək, ayıq-sayıq olmaq, xəbərləri izləmək və yerli hakimiyyət orqanlarının göstərişlərinə ciddi şəkildə əməl etmək tövsiyə olunub.
Bundan əlavə, Qazaxıstan XİN cari vəziyyəti və onun kəskin gərginləşməsi riskini nəzərə alaraq, Yaxın Şərq ölkələrinə səfərlərin planlaşdırılmasına diqqətli yanaşmağa çağırıb.
Qazaxıstanın İrandakı diplomatik nümayəndəlikləri fəaliyyətlərini ştat rejimində davam etdirirlər.