IMG-LOGO

Azərbaycan iki ölkədən kömür tədarükünü bərpa edib

05 Mar 2026 17:36 20 baxış
IMG

Ötən il Azərbaycan 3,9 milyon ABŞ dolları dəyərində 21 min 709 ton kömür (antrasit, bitumlaşmış və digər) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 1,7 % çox, kəmiyyət olaraq – 2 % azdır.

Hesabat dövründə Azərbaycan Rusiyadan 3,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 4 % az) 20 min 348 ton (-8 %), Qazaxıstandan 170,5 min ABŞ dolları dəyərində 1 min 306 ton, Türkiyədən 56 min ABŞ dolları dəyərində (+5 dəfə) 55 ton (+12 dəfə) və Böyük Britaniyadan 0,1 min ABŞ dolları dəyərində 0,01 ton kömür alıb.

Azərbaycan 7 il 3 aylıq fasilənin ardından Qazaxıstandan və 2 il 3 aydan sonra Böyük Britaniyadan kömür tədarükünü bərpa edib.

Xəbər lenti