IMG-LOGO

Azərbaycanda 2 ayda vergi daxilolmaları 3 milyard manatdan çox olub

06 Mar 2026 14:59 20 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 3 milyard manatdan çox vəsait daxil olub.

"Report" quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % az, proqnozdan isə 2,7 % çoxdur.

2 ayda vergi daxilolmalarının 2 milyard 286,5 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 8,2 % çox, proqnozdan isə 3,1 % çoxdur.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 16,91 milyard manat vəsait köçürməlidir.

Xəbər lenti