IMG-LOGO

"Şamaxı" - "İmişli" oyununda qalib müəyyənləşməyib

08 Mar 2026 16:54 16 baxış
IMG

Misli Premyer Liqasının XXIII turunda daha bir oyun keçirilib.

"Report" xəbər verir ki, doğma meydanda "İmişli"ni qəbul edən "Şamaxı" heç-heçəyə razılaşıb.

Şamaxı şəhər stadionunda baş tutan matçda hesab açılmayıb.

Turnir cədvəlində "Şamaxı" 27 xalla səkkizinci, 22 xala malik "İmişli" isə doqquzuncudur.

Qeyd edək ki, turun ilk matçında "Sumqayıt" və "Karvan-Yevlax" kollektivləri bərabərə qalıb - 1:1.

Xəbər lenti