IMG-LOGO

İsrailin zərbələri nəticəsində Livanda ölənlərin sayı 400-ə çatır

08 Mar 2026 16:08 17 baxış
IMG

Eskalasiya başlayandan bəri İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 394-ə çatıb, mindən çox insan yaralanıb.

"Report" "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu respublikanın səhiyyə naziri Nasir ad-Din açıqlayıb.

"İsrailin hücumları nəticəsində 394 nəfər, o cümlədən 33 uşaq və 32 qadın həlak olub, 1160 nəfər, o cümlədən 24 uşaq və 24 qadın yaralanıb", - o bildirib.

Bundan əvvəl 294 nəfərin həlak olduğu bildirilib.

Xəbər lenti