IMG-LOGO

Azərbaycanın Türkiyədəki səfirliyi 10 gün konsulluq xidməti göstərməyəcək

16 Mar 2026 13:37 12 baxış
IMG

Azərbaycanın Türkiyədəki səfirliyi 10 gün konsulluq xidməti göstərməyəcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi martın 20-dən 30-dək bağlı olacaq. Buna səbəb Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar sözügedən tarixlərin qeyri-iş günləri olmasıdır.

Xəbər lenti