IMG-LOGO

Qriqoryan: Bakı ilə İrəvan arasında sülhün daha da möhkəmləndirilməsini dəstəkləyirik

16 Mar 2026 19:00 15 baxış
IMG

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanla Bakı arasında sülhün daha da institusionallaşdırılmasına yönəlmiş addımları təqdim edib.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Avropa nümayəndə heyəti ilə görüşdə bildirib.

Qriqoryanın sözlərinə görə, Şərqi Avropa ölkələri regionda sülh və sabitliyin bərqərar edilməsinə yönəlmiş səyləri dəstəkləyir.

Görüş zamanı tərəflər həmçinin regionda və təhlükəsizlik sahəsində mövcud vəziyyəti müzakirə ediblər.

Xəbər lenti