IMG-LOGO

Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 9 dəfədən çox artırıb

19 Mar 2026 16:59 2 baxış
IMG

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 14,77 milyon ABŞ dolları dəyərində 22 min 395 ton neft və neft yağları idxal edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 8 dəfə, kəmiyyət olaraq 9,4 dəfə çoxdur.

2026-cı ilin ilk 2 ayında Gürcüstan xarici ölkələrdən 209 milyon ABŞ dolları dəyərində 293 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 3 % və 9,3 % çoxdur.

Hesabat dövründə Gürcüstana Rusiyadan 62,3 milyon ABŞ dolları dəyərində 101 min ton, Rumıniyadan 36,3 milyon ABŞ dolları dəyərində 51,22 min ton, Kiprdən 17,62 milyon ABŞ dolları dəyərində 24 min ton, Türkiyədən 16,6 milyon ABŞ dolları dəyərində 18 min ton, Yunanıstandan 16 milyon ABŞ dolları dəyərində 20,82 min ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,36 milyard ABŞ dolları dəyərində 1,81 milyon ton neft və neft yağları alıb ki, bunun da 118 milyon ABŞ dolları dəyərində 172 min tonu Azərbaycanın payına düşüb.

Xəbər lenti