IMG-LOGO

Xudatyan: Ermənistan Türkiyə ilə enerji infrastrukturunun birləşdirilməsi istiqamətində addımlar atır

19 Mar 2026 16:49 3 baxış
IMG

Ermənistan və Türkiyə iki ölkənin enerji sistemlərinin birləşdirilməsi üçün tələb olunan investisiya həcmini müəyyən etmək niyyətindədir.

"Report" erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan hökumət iclasından sonra keçirilən brifinqdə bəyan edib.

O xatırladıb ki, bu məsələ martın 10-da Parisdə Nüvə Enerjisi Sammiti çərçivəsində Türkiyənin energetika naziri Alparslan Bayraktarla müzakirə edilib:

"Lazımi investisiyaların həcmi müəyyən olunması üçün tədqiqat aparmaq barədə qərar qəbul edilib. Biz bu işə yaxın zamanda başlamağa hazırıq və türkiyəli tərəfdaşların da oxşar yanaşma nümayiş etdirəcəyinə ümid edirik".

Xəbər lenti