IMG-LOGO

Cennifer Lopesdən göz qamaşdırıcı FOTOLAR

19 Mar 2026 17:19 4 baxış
IMG
1 0

56 yaşlı müğənni, aktrisa, prodüser və biznes xanımı Cennifer Lopes öz "Instagram" hesabında studiyada mikrofona yaxın və divanda əyləşmiş vəziyyətdə çəkilmiş fotolarını paylaşıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ulduz, bədən rəngində, bədənə yapışan və büzməli ultra-qısa libasda pozalar verib. Görünür, Cennifer bu geyimin altından alt paltarı geyinməməyə üstünlük verib.

Donu və şəffaf silikon hündürdaban müliləri müğənninin fit ayaqlarını effektli şəkildə vurğulayıb. Son müsahibələrindən birində Cennifer Lopes Ben Afflek ilə tamamilə ayrıldıqdan sonra şəxsi həyatındakı dəyişikliklər barədə səmimi danışıb. Onun sözlərinə görə, məhz indi uzun müddətdən bəri ilk dəfə həqiqi daxili azadlıq və harmoniya hiss edir.

"Mən sadəcə həyatımdan həzz alıram. Özümü azad hiss edirəm və bu, inanılmaz bir duyğudur", - Lopes bildirib.

O, bu dövrün onun üçün yenidən düşünmə və bərpa vaxtı olduğunu vurğulayıb.

Ulduz etiraf edib ki, hazırkı mərhələdə heç kəslə münasibətdə deyil və şüurlu şəkildə yeni münasibətə başlamağa tələsmir.

 

Cennifer Lopez maqazin Ben Afflek

Xəbər lenti