Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirib ki, Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yaxın gələcəkdə dünya iqtisadiyyatına ciddi ziyan dəyə bilər.
"Report" "Sky News"a istinadən xəbər verir ki, S. Takaiçi Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşündə əlavə edib ki, İran tərəfindən nüvə silahının hazırlanmasına yol vermək olmaz.
"Məhz bu səbəbdən Yaponiya Tehrana və tərəfdaşlarına müraciət edir. Yaponiya İranın qonşu ölkələrə hücumu, eləcə də Hörmüz boğazını bağlaması kimi addımlarını pisləyir".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb, nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək rütbəli şəxslər ölüb. Buna cavab olaraq İran, İsrailə və ABŞ-nin bölgədəki hərbi bazalarına hava hücumları həyata keçirib. Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdəki obyektlər zərbələrə məruz qalıb.