IMG-LOGO

Avropa Şurası İran ətrafındakı münaqişənin dərhal azaldılmasına çağırıb

20 Mar 2026 04:58 3 baxış
IMG

Avropa Şurası İran ətrafındakı münaqişənin dərhal azaldılmasına çağırıb, bunun regional və qlobal təhlükəsizliyə təhdid olduğunu vurğulayıb.

"Report"un Avropa Bürosu xəbər verir ki, bu, Aİ liderlərinin martın 19-da Brüsseldə keçirilən sammitdən sonra yekun bəyanatında bildirilib.

Sənəddə AŞ liderləri İranın region ölkələrinə hücumlarını pisləyib, suverenliyə və beynəlxalq hüquqa hörmət etməyə çağıraraq hücumların dərhal dayandırılmasını tələb ediblər.

Aİ Şurası həmçinin mülki itkilərin sayının artması və münaqişənin iqtisadi nəticələri ilə bağlı narahatlıqlarını ifadə edərək enerji və su obyektləri də daxil olmaqla mülki infrastruktur obyektlərinə hücumlara moratorium qoyulmasına çağırıb.

Xüsusilə Hörmüz boğazından keçməklə gəmiçilik azadlığının təmin edilməsi və dəniz təhlükəsizliyinin gücləndirilməsi zərurəti vurğulanıb. AŞ mandatını dəyişdirmədən regiondakı dəniz missiyalarını gücləndirmək niyyətindədir.

Xəbər lenti