IMG-LOGO

Macarıstan və Sloveniya İtaliyadan qazın nəqli üçün kəmər inşa edəcəklər

20 Mar 2026 04:27 4 baxış
IMG

Macarıstan və Sloveniya iki ölkə arasında İtaliyadan qazın nəqli üçün kəmərin inşası barədə saziş imzalayıblar.

"Report"un məlumatına görə, Macarıstanın xarici işlər naziri Peter Siyarto bu barədə Budapeştdə Sloveniyanın ətraf mühit, iqlim və enerji naziri Bojan Kumer ilə müqavilənin imzalanmasından sonra keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, 115 kilometrlik boru kəmərinn inşası planlaşdırılır ki, bunun da təxminən 40 kilometri Macarıstanına düşəcək və kompressor stansiyası tikiləcək.

"Birinci mərhələdə onun gücü ildə 440 milyon kubmetr olacaq və bu, sonradan 1,7 milyard kubmetrə qədər artırıla bilər ki, bu da Macarıstanın Sloveniya vasitəsilə İtaliyadan mayeləşdirilmiş təbii qaz almasına imkan verəcək", - Siyarto deyib.

O vurğulayıb ki, Macarıstan bu addımı enerji şaxələndirmə siyasətinə uyğun olaraq atır, lakin bu, mövcud enerji mənbələrindən və çatdırılma marşrutlarından imtina etmək demək deyil. Siyarto həmçinin layihə üçün Aİ-nin maliyyə yardımına ümid etdiyini bildirib. Onun sözlərinə görə, bundan sonra Macarıstan bütün qonşu ölkələrə qaz kəmərləri ilə qoşulacaq.

Xəbər lenti