IMG-LOGO

Küveytdəki neft emalı zavodu pilotsuz uçuş aparatlarının təkrar hücumuna məruz qalıb

20 Mar 2026 09:22 6 baxış
IMG

Küveyt Milli Neft Şirkətinə məxsus Mina əl-Əhmədi neft emalı zavodu (NEZ) yenidən pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

"Report"un məlumatına görə, bu barədə Küveyt Xəbərlər Agentliyi (Kuwait News Agency) Küveyt Neft Korporasiyasına istinadən xəbər verir.

Hadisə sübh çağı baş verib, nəticədə müəssisənin bir sıra qurğularında yanğın başlayıb.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Yanğınsöndürənlər və qəza xidmətləri dərhal yanğının söndürülməsinə başlayıb, qurğuların bir hissəsi dayandırılıb.

Ötən gün Küveyt Neft Korporasiyası Əl-Əhmədi limanındakı Mina əl-Əhmədi NEZ-ə pilotsuz uçuş aparatının hücumu barədə məlumat vermişdi. O zaman zərbə istehsal bölmələrindən birində kiçik yanğına səbəb olmuşdu.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Nəticədə İranın Ali Lideri Ayətullah Əli Xameneyi, eləcə də bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraildəki hədəflərə, həmçinin Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdə ABŞ və onun müttəfiqləri ilə əlaqəli obyektlərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti