Cənubi Koreyanın Tecon şəhərində avtomobil ehtiyat hissələri istehsal edən zavodda baş verən yanğın nəticəsində 50 nəfər zərər çəkib, onlardan 35-i ağır xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, yanğının söndürülməsinə təxminən 240 nəfər cəlb olunub.
Tecon paytaxt Seuldan təxminən 160 km cənubda yerləşir.