IMG-LOGO

İran Böyük Britaniyanı Yaxın Şərqdəki münaqişəyə qərəzli yanaşmada ittiham edib

20 Mar 2026 13:29 5 baxış
IMG

İran Böyük Britaniyaya ABŞ-yə öz hərbi bazalarına giriş imkanının verilməsini regionda artan gərginlik fonunda "təcavüzdə iştirak" kimi qiymətləndiriləcəyi barədə xəbərdarlıq edib.

"Report" İran Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu ölkənin XİN başçısı Abbas Əraqçi britaniyalı həmkarı İvett Kuper ilə telefon danışığı aparıb.

Söhbət zamanı Əraqçi bəyan edib ki, Britaniyanın ABŞ-yə hər hansı yardımı vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxaracaq.

O, həmçinin Britaniyanı və bir sıra Avropa ölkələrini baş verənlərə "qərəzli yanaşmada" ittiham edərək ABŞ və İsrailin hərəkətlərini "açıq təcavüz" adlandırıb.

Bundan əlavə, İranın XİN rəhbəri Londonu İsrailin "Cənubi Pars" qaz yatağının obyektlərinə endirdiyi zərbələri pisləməməsinə görə tənqid edib.

Lakin, hələ ki Britaniya hökumətindən Tehranın açıqlamalarına rəsmi cavab gəlməyib - Britaniya Xarici İşlər Nazirliyi vəziyyətlə bağlı heç bir şərh verməyib.

Xəbər lenti