Bu ilin yanvar-fevral ayında Gürcüstan Azərbaycandan 19,8 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 10 % çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağı tədarük edən ölkələr sırasında 4-cü yerdə qərarlaşıb.
Bu ilin ilk 2 ayı ərzində Gürcüstan xarici ölkələrdən 302 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 28 % çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 134 milyon ABŞ dolları, Rumıniyadan 36,3 milyon ABŞ dolları, Türkiyədən 28 milyon ABŞ dolları, Kiprdən 17,6 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,6 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 145 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.