Bəzi NATO ölkələri neftin yüksək qiymətindən şikayətlənir, lakin eyni zamanda Hörmüz boğazı ilə bağlı problemi həll etmək üçün addımlar atmaq istəmirlər.
"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp müvafiq bəyanatı "Truth Social"da verib.
Onun sözlərinə görə, ABŞ-nin iştirakı olmadan NATO "kağız pələng"dir və İran tərəfindən gələn təhlükənin qarşısını almaq üçün hərəkətə keçməyə hazırlıq nümayiş etdirməyib:
"ABŞ olmadan NATO - kağız pələngdir! Onlar İranı dayandırmaq üçün mübarizəyə girmək istəmirdilər. İndi onlar ödəməyə məcbur olduqları yüksək neft qiymətlərindən şikayətlənirlər, lakin Hörmüz boğazının açılmasına kömək etmək də istəmirlər".
D. Tramp vurğulayıb ki, boğazın açılması enerji resurslarının qiymətlərini sabitləşdirə biləcək "sadə hərbi manevr"dir.
"Belə kiçik risklə bunu etmək onlar üçün o qədər asandır ki", - o, müttəfiqlərin hərəkətlərini "qorxaqlıq təzahürü" kimi qiymətləndirərək əlavə edib.