IMG-LOGO

Moldova Parlamenti MDB Nizamnaməsinin ləğvini birinci oxunuşda təsdiqləyib

20 Mar 2026 22:41 2 baxış
IMG

Moldova parlamenti MDB Nizamnaməsindən çıxmaqla bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

"Report" xəbər verir ki, bu qərar qanunverici orqanın saytında yayımlanan iclasda qəbul edilib.

Qətnamədə deyilir ki, 1993-cü il yanvarın 22-də Minskdə qəbul edilmiş Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsi ləğv edilsin.

Qeyd edək ki, 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rusiya ordusunun bu ölkəyə hərbi müdaxiləsindən sonra həmin qurumun üzvlüyündən çıxıb.

Eyni zamanda Ukrayna 2014-cü ilin mart ayında Rusiya ordusunun Krımı ilhaq etməsindən sonra həmin qurumun üzvlüyündən çıxıb.

Xəbər lenti