İsrailin Livana son hücumlarında ən azı 20 nəfər həlak olub, 57-si yaralanıb.
Bu barədə "Report" "Al Jazeera"yə istinadən xəbər verir.
Qeyd olunub ki, martın 2-dən bəri İsrail hücumlarında ölənlərin sayı 1021, yaralananların ümumi sayı isə 2641 nəfərə çatıb.
Bundan əlavə, 134.616 sakin evini tərk məcburiyyətində qalıb.