IMG-LOGO

Tramp: ABŞ-nin Hörmüz boğazına ehtiyacı yoxdur

21 Mar 2026 03:17 2 baxış
IMG

ABŞ-nin Hörmüz boğazına ehtiyacı yoxdur, enerji təchizatından asılı olan ölkələr onun təhlükəsizliyini təmin etməkdən məsul olmalıdırlar.

"Report" xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp bildirib.

"Biz boğazdan istifadə etmirik, bizə lazım deyil. Avropa, (Cənubi) Koreya, Yaponiya, Çin və bir çox başqa ölkələr buna ehtiyac duyur. Ona görə də onlar bu işdə (naviqasiya təhlükəsizliyinin təmin edilməsi – Qeyd) kiçik bir rol oynamalı olacaqlar", - deyə Prezident jurnalistlərə bildirib.

O əlavə edib ki, ABŞ məqsədlərinə çatdıqca Yaxın Şərqdəki hərbi səylərini məhdudlaşdırmaq imkanını nəzərdən keçirəcək.

Xəbər lenti