IMG-LOGO

İsgəndər Əsgərov Avropa Kuboku oyununa təyinat alıb

21 Mar 2026 11:35 3 baxış
IMG

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov növbəti dəfə təyinat alıb.

"Report" xəbər verir ki, təcrübəli mütəxəssis qadınlar arasında Avropa Kubokunun 1/4 mərhələsinin "Bursa Böyükşəhər Bələdiyyəspor" (Türkiyə) - PAOK (Yunanıstan) görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Sözügedən oyun martın 22-də Bursa şəhərinin "Nilüfər Bələdiyyə" İdman kompleksində keçiriləcək.

Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Xəbər lenti