Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinə hücum edib, 5 nəfər ölüb, 14 nəfər yaralanıb.
"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib.
Onun sözlərinə görə, Drobışevoda 3, Alekseyevo-Drujkovkada isə 2 nəfər ölüb.
Qeyd edək ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə Rusiya-Ukrayna müharibəsi başlayıb və hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə, o cümlədən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinə nəzarət edir. Bundan əvvəl 2014-cü ildə Rusiya Ukraynanın tərkibində olan Krımı ilhaq edib.