İsrailin müdafiə naziri İsrael Kats bu həftə İrana zərbələrin güclənəcəyini bəyan edib.
"Report"un "The Times of Israel"ə istinadən xəbər verdiyinə görə, o bunu hərbi məmurlarla görüş zamanı bildirib.
"Bu həftə İsrail Müdafiə Ordusunun və ABŞ hərbçilərinin İrana və onun kritik infrastrukturuna endirəcəyi zərbələrin intensivliyi əhəmiyyətli dərəcədə artacaq", - o bəyan edib.
Kats qeyd edir ki, İsrail "İrana qarşı hücumu davam etdirməyə, onun komandanlıqlarını məhv etməyə və İsrailin təhlükəsizliyinə və ABŞ-nin regiondakı maraqlarına yönəlmiş bütün təhdidlər aradan qaldırılana qədər onun strateji imkanlarını pozmağa qəti şəkildə əzmlidir".