Bu gün Moskva istiqamətində uçan vurulmuş pilotsuz uçuş aparatlarının sayı 31-ə çatıb.
"Report"un Rusiya mediasına istinadən xəbər verdiyinə görə, bu barədə Moskva meri Sergey Sobyanin sosial şəbəkələrdə məlumat verib.
"Təcili xidmət mütəxəssisləri qalıqların düşdüyü ərazidə işləyirlər", - məlumatda deyilir.